Aygün Kazımova Filipp Kirkorovla olan duetini təqdim etdi - VİDEO
    • 25-07-2019, 10:13
    • 2 795

Aygün Kazımova Filipp Kirkorovla olan duetini təqdim etdi - VİDEO

Rusiyanın pop kralı Filipp Kirkorov və pop diva Aygün Kazımova yeni duet hazırlayıb.

News24.az xəbər verir ki, Filipp Kirkorov ötən il Bakıda keçirilən “Jara” musiqi festivalı zamanı məbuat konfransında Aygün Kazımova ilə yenidən duet oxumaq istədiyini söyləmişdi. Xalq artisti isə Kirkorovun təklifinə müsbət cavab verib.

Qeyd edək ki, Filipp Kirkorov Aygün Kazımovanın "Kreml" sarayında baş tutan konserti zamanı səhnəyə çıxaraq Aygün Kazımovanı "Şərqin Divası" adlandırmış, qarşısında təzim edərək, ona eşq elan etmiş və Kazımovanın timsalında Azərbaycan xalqına dərin ehtiramını bildirmişdi.

Bu dəfə isə, cütlüyün ifasında “Jalma” mahnısı yeni üslubda, Alla Puqaçova ilə çalışan məşhur Alisher tərəfindən hazırlanıb. Duet 26 iyul tarixində, “Jara” festivalında ifa olunacaq. Aygün Kazımovanın rəsmi YouTube kanalında yayımlanan sözügedən mahnını sizə təqdim edirik: