-
- 31-10-2019, 11:01
- 767
"Cinsi azlıqların aksiyalara cəlb olunmaları haqda deyilənlər cəfəngiyyatdır" - BŞPİ
“Sosial şəbəkələrdə cinsi azlıqların nümayəndələrinin paytaxtın müxtəlif polis bölmələrinə qeyri-formal görüşə çağırılmaqla, aksiyalarda iştirak etmələri ilə bağlı yayılan iddialar cəfəngiyyatdır”.
Bu barədə News24.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O deyib ki, polis paytaxtda ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında qanunla səlahiyyət verilməyən heç kimin köməyinə ehtiyac duymur: “Dəfələrlə vətəndaşların müxtəlif məzmunlu, çoxsaylı müraciətləri əsasında cinsi azlıqların profilaktikası tədbirləri çərçivəsində onlar polis orqanlarına dəvət olunaraq, onlarla izahedici söhbətlər aparılıb. Həmin söhbətlərdə onların diqqətinə çatdırılıb ki, paytaxtın müxtəlif yerlərində toplanması sakinlərin narahatlığına səbəb olur. Görünür ki, bu söhbətlərin məzmunu bilərəkdən, məqsədli olaraq cəmiyyətə başqa formada çatdırılır”.
E.Hacıyev vurğulayıb ki, ölkə qanunlarından irəli gələrək ayrı-ayrı vətəndaşların hər birinin hüquq və azadlıqlarının təminatında polis üzərinə düşən vəzifələri həyata keçirir: “Kimlərinsə sifarişlərini yerinə yetirən şəxslərin polis haqqında uydurmaları cəmiyyətlə polis arasında süni qarşıdurma yaratmağa yönələn növbəti uğursuz cəhddir”.