Bakıda ən hörmətsiz svetafor – Bütün maşınlar qırmızıda keçir – VİDEO
    • 31-10-2019, 11:56
    • 909

Bakıda ən hörmətsiz svetafor – Bütün maşınlar qırmızıda keçir – VİDEO

Bakıda bəzi hallarda bir çox avtomobillərin svetaforun işıqlarının tələbini pozmasına rast gəlinsə də, bu tip qayda pozuntuları kütləvi halda qeydə alınmır.

News24.az-ın məlumatına görə, lakin Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Sədərək ticarət mərkəzinin qarşısındakı svetaforun işıqlarının tələbinə məhəl qoyan yoxdur. Belə ki, mərkəzin ərazisində çıxan və dairəvi yola doğru hərəkət edən avtomobillərin hərəkətini nizamlayan bu svetaforun qırmızı işığını sayan yoxdur. Burada istər avtobuslar, istərsə də minik maşınları hamısı svetaforun ırmızı işığında keçir. Ərazidə kameraların olmaması məsuliyyətsiz sürücülərin boşluqdan sui-istifadə etməsinə səbəb olub.

Ərazidən çəkilmiş görüntüləri təqdim edirik.