-
- 31-10-2019, 12:29
- 730
Dini Komitədən insanları narahat edən sektalarla bağlı AÇIQLAMA
"Azərbaycanda dini icmaların fəaliyyətinə nəzarət kifayət qədər güclüdür. Artıq evləri gəzərək insanları müəyyən dini cərəyanlara cəlb edən dini sektalar mövcud deyil”.
News24.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib. Onun sözlərinə görə, Azərbaycandakı dini vəziyyət əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb: "Qanunvericiliyə əsasən, xarici ölkə vətəndaşlarına dini təbliğ etmək qadağandır. Ölkədə bütün dini icmalara bərabər münasibət bəslənilir. Demək olar ki, qanun pozuntusuna az hallarda rast gəlirik. Əksər dini icmalar qanunun tələblərinə riayət edirlər. Azərbaycanda dini icmaların gizli fəaliyyəti qeydə alınmayıb. Əvvəllər əsas narahatlığımız qeyri-islami dini cərəyanlarla bağlı idi. Onlar müəyyən sektalara bölünərək qanunları pozurdular. Bu sektalar da ölkəmizi istəməyən qüvvələrin əlində alət idilər".
Komitə sədrinin müavini "artıq əvvəllər sekta formasında fəaliyyət göstərən icmalarla əməkdaşlıq edirlər, onlar da belə hərəkətlərdən uzaq olmağa çalışırlar” deyə əlavə edib.
Afaq Mrayiq