-
- 27-08-2019, 16:37
- 972
İcmalar dini ədəbiyyatla bağlı DQİDK -ya MÜRACİƏT ETDİ
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Daşkəsən, sədr müavini Səyavuş Heydərov Göygöl rayonlarında, sədr müavini Gündüz İsmayılov isə Naftalan şəhərində vətəndaşları qəbul ediblər.
DQİDK-dən News24.az-a verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev qəbuldan əvvəl Daşkəsən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar. Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Kəlbəcər, Samux, Goranboy və Xocalı sakinlərinin iştirak etdiyi qəbullarda əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciətlərə baxılıb.
Qəbul zamanı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verilib, müraciətlərin bir qismi isə yerindəcə həll olunub. Qəbullarda iştirak edən vətəndaşlar müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək, göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.