-
- 31-10-2019, 13:42
- 680
Hindistanda Milli Birlik Günü qeyd olundu
2014-cü ildən etibarən hər il 31 oktyabr, Hindistanın azadlıq mübarizəsində və daha sonra ölkənin birləşdirilməsində əhəmiyyətli rolu olan Hindistanlı siyasətçi Sərdar Vallabhai Pateli yad etmək məqsədilə 'Rashtriya Ekta Divas' və yaxud Milli Birlik Günü olaraq qeyd olunur.
News24.az xəbər verir ki, Cammu və Kəşmirin Hindistana tamamilə inteqrasiyasını arzu edən "Hindistanın dəmir adamı" Patel bir neçə muxtar ştatları Hindistan İttifaqına birləşməyə inandırmaqda mühüm rol oynayıb. Bu səbəbdən, onun səy və töhfələri hər il 31 oktyabrda anılır.
Hindistanın həmrəylik və birlik rəmzi və Britaniya Hindistanında kəndli hərəkatının müdafiəçisi Vallabhbhai Patel (31 oktyabr, 1875 - 15 dekabr, 1950) ölkənin müstəqillik mübarizəsində əsas rol oynayan və daha sonra birləşmiş, müstəqil xalqa çevrilməsinə rəhbərlik edən Hindistanın siyasi və sosial lideri idi. O, "Hindistanın dəmir adamı" olaraq tanınır. Bardoli kəndlilər hərəkatının böyük qələbəsindən sonra xalq onu "Sərdar" (lider) adlandırdı.
Mahatma Qandinin fəlsəfəsi və fəaliyyətindən ilk ruhlandığı zaman, Vallabhbhai Patel artıq hüquqşunas olaraq uğurlu təcrübəyə malik idi. Vallabhbhai Patel, Britaniya idarəçiliyi tərəfindən tətbiq edilən zülm siyasətinə qarşı Qucaratın Xeda, Borsad və Bardoli kəndlilərini Qeyri-zorakı Vətəndaş İtaətsizliyi Hərəkatında birləşdirdi və Mahatma Qandi ideyalarının rəhbərliyi altında Qucaratda ən nüfuzlu liderə çevrildi. 1931-ci ildə Karaçi Konqres Sessiyasında Sərdar Patel Hindistan Milli Konqresinin rəhbərliyinə yüksəldi və 1931-ci ildən sonra bütün milli siyasi hadisələrin ön planında dururdu. 1934 və 1937-ci illərdə partiya seçkilərinin təşkil edilməsində və 1942-ci ildə demək olar ki, bütün azadlıq mübarizəsi liderlərinin həbsi ilə nəticələnən Hindistandan geri çəkilin hərəkatında O əsas fiqur idi.
Hindistanın ilk Daxili İşlər Naziri və Baş Nazirin Müavini olan Sərdar Patel Pəncab və Dehlidə qaçqınlar üçün yardım təşkil etmiş və xalq daxilində sülhün bərpa olunması səylərinə rəhbərlik etmişdir. Sərdar Patel, 562 yarı-muxtar ştatlardan və İngilis dövründəki müstəmləkə əyalətlərindən vahid Hindistan qurmaq vəzifəsini öz üzərinə götürdü. Hərbi yol seçiminin (və istifadəsi) dəstəklədiyi açıq diplomatiyadan istifadə edərək, Sərdar Patelin rəhbərliyi demək olar ki, hər bir muxtar ştatın birləşdirilməsinə imkan yaratdı. Hindistanın Dəmir Adamı kimi anılan Sərdar Patel bütün Hindistanda müasir xidmətlərinin qurulmasındakı roluna görə Hindistanın mülki qulluqçularının ‘Müqəddəs Himayədarı' olaraq da xatırlanır. Sərdar Patel həmçinin, Hindistanda mülkiyyət hüquqları və azad sahibkarlığın ən erkən tərəfdarlarından biri idi.