Dünyanın ən hündür heykəlinın açılışı baş tutub- VİDEO
    • 31-10-2018, 11:30
    • 1 420

Dünyanın ən hündür heykəlinın açılışı baş tutub- VİDEO

Bir neçə müddət öncə dünyanın ən hündür heykəlinin inşa olunduğu barədə xəbər vermişdik.

Hindistanın Qucarat ştatında  dünyanın ən hündür abidəsi sayılan “Birlik” heykəlinin təntənəli açılışı olub.

News24.az xəbər verir ki, açılış mərasimi NDTV telekanalı vasitəsilə yayımlanıb. 

Heykəltaraşlar abidə üzərində Hindistan milli azadlıq hərəkatının lideri Mahatma Qandinin ardıcıllarından biri olan Sardar Vallabhai Patelin obrazını əbədiləşdirib.

Qeyd edək ki, heykəlin büdcəsi 403 milyon dollar, hündürlüyü isə 182 metrdir.

Şəlalə Ağayeva