-
- 31-10-2019, 12:20
- 615
"Görünür, kimlərsə ayı ətini delikates sayır" - NAZİR
Son vaxtlar evlərdə və iaşə obyektlərində vəhşi heyvanların saxlanılması faktları azalıb. Çünki insanlar belə faktlarla raztlaşdıqda foto və video çəkib bizə göndəririlər. Bu məsələ ictimailəşir və həmin şəxsləri qorxudur. Burada cəmiyyətin mövqeyi və nazirliyin sərt yanaşması müsbət nəticələrə gətirib çıxarır. Ayı ətinin satılması barədə ciddi tədbirlər görülür. Bildiyiniz kimi, ayı ətini satan həmin “ovçu” artıq saxlanılıb. O, cəmiyyət və dövlət qarşısında öz əməllərinə görə cavab verəcək.
News24.az xəbər verir ki, bunu YAP-ın qərargahında mətbuat konfransı keçirən Ekologiya və təbii sərbətlər naziri Muxtar Babayev bildirib.
Nazir qeyd edib ki, digər tərəfdən tələbat olmasa şəxs ayı ətini satışa çıxarmaz: “Görünür, kimlərsə ayı ətini qeyri-adi yemək, delikates sayırlar. Yəni, tələbat olmasa təklif də yaranmayacaq. Sosial şəbəkələrdə məlumat yayılan kimi həmin şəxsin məsuliyyətə cəlb olunması həyata keçirildi. Bu istiqamətdə bundan sonra da sərt tədbirlər görüləcək və müsbət nəticələr əldə olunacaq”.