-
- 31-10-2019, 16:45
- 1 255
“İradənlə qalib gəl!”
9 noyabr - Bayraq günü münasibəti ilə Gənclər və idman nazirliyi 1 noyabr tarixindən başlayaraq ölkə gənclərinin iştirakı ilə “İradənlə qalib gəl!” şüarı altında müxtəlif səpgili çoxsaylı aksiyalara start verir.
News24.az xəbər verir ki, ilk aksiya 1-3 noyabr tarixlərində Gənclər və İdman Nazirliyinin tabeliyində olan 34 Olimpiya İdman Komplekslərində keçiriləcək. Gəncləri idmana cəlb etmək, hər kəs üçün OİK-ləri əlçatan etmək, buradakı idman meydançaları, avadanlıqlar və imkanlardan gənclərin geniş şəkildə yararlanmasını təmin etmək məqsədi ilə açıq qapı günləri təşkil olunacaq.
Yeni nəsil öz sağlamlığına daha böyük diqqət göstərir. Onlar asudə vaxtlarını bədən tərbiyəsi, fitnes, yoqa, rəqslərin öyrənilməsinə sərf etməkdə maraqlıdır. Gənclər fiziki sağlamlığı “məsuliyyətli vətəndaşlıq – uğurlu dövlət” birliyinin vacib hissəsi kimi dəyərləndirir.
Rayonlarda gənclərin bu aksiyada iştiraka dəvəti rayon gənclər və idman idarələri, sosial şəbəkələr, könüllülər vasitəsi ilə aparılır.
Aksiya çərçivəsində futbol, voleybol, güləşin müxtəlif növləri, yüngül atletika, tennis, badminton, şahmat və s. yarışlar və əyləncəli idman oyunları təşkil ediləcək. Bu yarışlar OİK-də işləyən məşqçilər tərəfindən idarə olunacaq. Eyni zamanda hər rayonda müxtəlif idman növləri üzrə Avropa və Dünya Çempionları və mükafatçıları, beynəlxalq dərəcəli hakim və idmançıların iştirakı ilə ustad dərsləri, nümunəvi çıxışlar, yarışlar keçiriləcək.
Bütün gəncləri bu fürsətdən istifadə etməyə dəvət edirik.
Başlayın və qoy iradəniz qalib gəlsin!
Aksiyaya qoşulmaq üçün yaşadığınız rayon/şəhərin Gənclər və İdman İdarəsinə müraciət edin.
Abşeron OIK
Ağcabədi OIK
Ağdam OİK
Ağdaş OİK
Astara OİK
Balakən OİK
Beylaqan OİK
Biləsuvar OİK
Cəlilabad OİK
Füzuli OİK
Gəncə OİK
Göyçay OİK
Göy-Göl OIK
Hövsan OİK
Xaçmaz OİK
İmişli OİK
İsmayıllı OİK
Kürdəmir OİK
Qax OİK
Qazax OİK
Qəbələ OİK
Qobustan OIK
Qusar OİK
Lənkəran OİK
Oğuz OİK
Saatlı OİK
Sabirabad OİK
Sumqayıt OİK
Şağan OİK
Şəki OİK
Şəmkir OİK
Şirvan OİK
Tovuz OİK
Zaqatala OİK