"Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək
    • 7-06-2019, 12:49
    • 954

"Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək

Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə 10 iyun 2019-cu il tarixdə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məluamata görə, dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi əmək yarmarkasının keçirilməsində məqsəd gənclərin məşğulluğunun təmin edilməsinə köməkliyin göstərilməsidir.

“Park Inn” otelində saat 10:00-da başlayacaq əmək yarmarkasında gənclər təklif olunan müxtəlif vakasiya və təcrübə proqramlarına müraciət edə biləcəklər.

Əmək yarmarkasında iştirak etmək istəyənlər [email protected] ünvanına CV göndərə bilər. Məlumat üçün bildirək ki, elektron CV bazası müfaviq dövlət qurumları, təşkilat və şirkətlərə təqdim ediləcək.