Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər İMTAHAN VERDİ
    • 31-10-2019, 17:18
    • 670

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər İMTAHAN VERDİ

Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə bu gün Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, imtahan saat 10.00-da başlayıb və 3 saat davam edib. İmtahan kompüter vasitəsilə elektron qaydada aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 245 namizəd qeydiyyatdan keçib. 9 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 236 namizəddən 144 nəfər müsabiqə şərtini ödəyərək - 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.