Xətai, Nəsimi, Səbail rayon sakinlərinə ŞAD XƏBƏR
    • 1-11-2019, 10:33
    • 715

Xətai, Nəsimi, Səbail rayon sakinlərinə ŞAD XƏBƏR

Bakı şəhərinin Xətai, Nəsimi, Səbail rayonlarında 50 min sakinin qaz təchizatı yaxşılaşacaq. Bunun üçün mövcud istismara yararsız qaz kəmərlərinin yenilənməsinə başlanılıb.

Azəriqaz İB-dən News24.az-a verilən məlumata  Xətai, Nəsimi, Səbail rayonlarını qazla təmin edən ümumi uzunluğu 3500 m olan 530 mm diametrində yeraltı qaz kəməri ötən əsrin 80-ci illərində çəkilib. Bu kəmərin 1500 m-lik hissəsi 2017-2018-ci illərdə təmir olunub. Hazırda Xətai rayonu Xocalı prospektindən başlayaraq N.Rəfiyev küçəsi və Nobel prospekti ilə Y.Səfərov küçəsinə kimi mövcud olan 2000 m uzunluğundakı qaz kəməri 400 mm diametrində olan polietilen kəmərlə dəyişdirilir. İşlərə bu il avqust ayının 15-də başlanılıb və noyabrın sonunadək tamamlanması planlaşdırılır. Bu günədək tikintinin 70 %-i icra olunub.

Afaq Mirayiq