Sabir Rüstəmxanlı da İSTEFA verəcək
    • 2-11-2019, 01:15
    • 1 146

Sabir Rüstəmxanlı da İSTEFA verəcək

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı istefa verəcəyini bildirib.
News24.az  xəbər verir ki, bu barədə

Teleqraf.com-un qonağı olarkən deyib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçirilən yubiley tədbirindən danışan Sabir Rüstəmxanlı bu təşkilatın yaranma tarixinə toxunub, vaxtilə ayrı-ayrı ölkələrdə keçirilən görüşləri xatırladıb.

O, Özbəkistanın Türk Şurasına üzv olması ilə yenidən gündəmə gələn ortaq türk əlifbasının mümkünlüyünə də aydınlıq gətirib. Sabir Rüstəmxanlı həmçinin uzun illərdir terrorizmdən əziyyət çəkən Türkiyənin apardığı "Sülh çeşməsi" əməliyyatını şərh edib.

Sonda rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasında varislik məsələsi barədə söz açıb, istefa vermək istədiyini deyib.