Moskvadan Bakıya uçan təyyarə - TƏCİLİ ENİŞ ETDİ

Moskvadan Bakıya uçan təyyarə - TƏCİLİ ENİŞ ETDİ Hadisə
Vnukovo hava limanından “Moskva-Bakı” reysi ilə hərəkət edən “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin sərnişin təyyarəsi texniki səbəbdən Moskvanın alternativ hava limanına təcili eniş edib.

Bu barədə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sərnişinlərin Bakıya gətirilməsi üçün Moskvaya təyyarə göndərilib. Təyyarə sərnişinləri səhər saatlarında Bakıya çatdırıb. /azvision/