Bakıda ən yüksək və ən aşağı maaş alanlar kimlərdir?
    • 5-07-2018, 18:13
    • 1 250

Bakıda ən yüksək və ən aşağı maaş alanlar kimlərdir?

Bakı Statistika İdarəsi ölkədə ən az və ən çox maaş verən sahələrin adlarını açıqlayıb.

 News24.az statistik araşdırmalara əsasən xəbər verir ki, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərə aiddir.

Səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilər ən az maaş alanlar siyahısındadır.
 
Hazırda ölkədə orta aylıq əmək haqqı 789 manat təşkil edir.

İlhamə