-
- 4-11-2019, 12:56
- 926
"Tel Abyaddakı terror PKK/YPG-nin əsl simasını nümayiş etdirdi" - Fəxrəddin Altun
"Tel Abyaddakı terror aktı PKK/YPG-nin əsl simasını və terror təşkilatlarına dəstək verməyin nə qədər təhlükəli olduğunu bir daha nümayiş etdirdi".
News24.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, "Twitter" hesabında verdiyi şərhdə 13 nəfərin həlak olduğu və çox sayda insanın yaralandığı Tel Abyaddakı bazarda PKK/YPG tərəfindən törədilən terror aktını pisləyib: "Bu terror aktı PKK/YPG-nin əsl simasını və terror təşkilatlarına dəstək verməyin nə qədər təhlükəli olduğunu bir daha nümayiş etdirdi. Məlum olduğu kimi, bir terror təşkilatı ilə əməkdaşlıq etmək onu terrorizmdən yayındırmır, əksinə yeni terror aktları törətməyə təşviq edir. Terror təşkilatı ilə əməkdaşlıq bu cinayətkar qruplaşmaya daha çox qanlı terror aktları törətmək imkanı verir. Xarici qüvvələrdən aldığı dəstəklə legitimlik əldə etməyə çalışan PKK/YPG yeni terror aktları törətmək üçün fürsət axtarır. Tel Abyadda törədilen terror aktı PKK/YPG-nin bilinən terror üsullarını davam etdirdiyini göstərir. Bu terror təşkilatını dəstəkləyənlər bu və gələcəkdə baş verə biləcək oxşar terror aktlarına görə məsuliyyət daşıyırlar. Həm sərhədlərimiz daxilində, həm də xaricində bu terror təşkilatına qarşı mübarizədə qətiyyətli olduğumuzu bir daha vurğulayırıq. PKK/YPG-ni qanuniləşdirməyə çalışanlar özlərini terror aktı qurbanlarının yerinə qoymalıdır. Terror ikili standartlarla öhdəsindən gəlinə biləcək bir təhdid deyil”.