Elçin Əlibəylini döyən Olimpiya çempionunun qardaşıdır - FOTO
    • 5-11-2019, 13:05
    • 3 912

Elçin Əlibəylini döyən Olimpiya çempionunun qardaşıdır - FOTO

“Oktyabrın 19-u qonşum tərəfindən siyasi motivlərə görə döyülsəm də bu günə kimi döyən şəxsin Olimpiya çempionu Namiq Abdullayevin qardaşı olması hesabına DİN susur”.

News24.az xəbər verir ki, bu sözləri aparıcı Elçin Əlibəyli şəxsi sosial şəbəkə hesabında yazıb: "Bu ölkədə haqq-ədalət yoxdur nəticəsinə gəlirəm. Döyülmək və söyülmək davası deyil, mənim davam, avropa çempionu olan qonşum fənd işlədərək, təpiklə mənim əmilliyyatdan yenicə çıxdığım yırtıq (qrija) partladması hesabına aldığım ağır zərbədən günlərlə çəkdiyim əziyyətdir. Təcili əmiliyyat olunmalıyam, amma mən bu yazını yazanda belə ağrıkəsici iynənin təsiri ilə yazıram”.