Qəzada dünyasını dəyişən Fərhad Poladovun qardaşı:
    • 3-07-2019, 14:30
    • 6 041

Qəzada dünyasını dəyişən Fərhad Poladovun qardaşı: "Onun elə sevgilisi olmayıb"

Bakı Olimpiya Stadionunun qarşısında baş vermiş avtoqəzada vəfat edən şaolin ustası, MMA döyüş növü üzrə dünya çempionu Fərhad Poladovun qardaşı açıqlama yayıb. 

News24.az xəbər verir ki, Kamran Poladov şəxsi instagram hesabında video yayımlayaraq mərhum qardaşının Ülkər Abbaslı adlı xanımla sevgili olması xəbərinə aydınlıq gətirib: “Qardaşımın Ülkər Abbaslı adlı sevgilisi olmayıb. Hamı bilib ki, qardaşım necə mərd, qeyrətli oğlandır. Ülkər hara, mənim qardaşım hara. Bunu onun özü də çox yaxşı bilir”.