Mingəçevirdə sərnişin avtobusu qəzaya uğradı Yaralılar var
    • 6-11-2019, 02:01
    • 693

Mingəçevirdə sərnişin avtobusu qəzaya uğradı Yaralılar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.


News24.az xəbər verir ki, hadisə axşam saatlarında Təbriz küçəsində baş verib.


“Opel” markalı minik maşını sərnişinsiz dayanıqlı vəziyyətdə olan 8 saylı şəhərarası marşrut xətti üzrə işləyən sərnişin avtobusuna çırpılıb.


İlkin məlumata görə, hadisə nəticəsində biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb. Yaralılar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı bir nəfərin - 1964-cü il təvəllüdlü, minik maşınının sürücüsü Məmmədov Vəli Əziz oğlunun xəsarətinin ciddi olduğu məlum olub.


Faktla bağlı araşdırma aparılır.