Bakıda minik avtomobili marşrut avtobusu ilə toqquşub, XƏSARƏT ALAN VAR
    • 30-04-2020, 16:43
    • 980

Bakıda minik avtomobili marşrut avtobusu ilə toqquşub, XƏSARƏT ALAN VAR

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

hadisə Buzovna qəsəbəsində, Albalılıq yolu adlanan ərazidə qeydə alınıb. "Mercedes" markalı avtomobil marşrut avtobusu ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilində olan, 1985-ci il təvəllüdlü Famil Məmmədov və onun iki azyaşlı övladı xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.  
Faktla bağlı araşdırma aparılır. /APA/