Ruslar bizdən beşbetər- Bu il uşaqlara verilən ən qəribə adlar
    • 27-08-2018, 12:31
    • 1 080

Ruslar bizdən beşbetər- Bu il uşaqlara verilən ən qəribə adlar

Moskva VVAQ idarəsindən verilən məlumata görə, bu il anadan olan uşaqlara çox maraqlı və qeyri-adi adlar verilib.

 News24.az-ın əldə etdiyi məlumata görə, builki maraqlı adlar siyahısında Yaqo, Semiramida, Tomislav, Herda, Donlad, Aramis, Tramp, Şekspir, Qar Kraliça, Xloya kimi adlar yer alıb.

 Bundan əlavə, ruslar uşaqlarına  Dar (Hədiyyə), Polikarp, Severyan(Şimallı),  İva (İydə), Vesna( Bahar), Muza( İlahə), Svyatapolk (Müqəddəs alay), Stepanida, Qlikeriya, Nikanor kimi qəribə adlar veriblər.