Sosial şəbəkələrə saxta adlarla girənləri BU CƏZA GÖZLƏYİR - DİQQƏT!
    • 22-01-2019, 15:19
    • 1 342

Sosial şəbəkələrə saxta adlarla girənləri BU CƏZA GÖZLƏYİR - DİQQƏT!

Sosial şəbəkələrdə gündəlik həyatımızda həqiqətə uyğun olmayan adlarla açılan profillərə tez-tez rast gəlirik.Bəzi hallarda həmin profillərdən hər hansı bir şəxsin təhqir edilməsinə birbaşa vasitə kimi istifadə olunur. 

Cinayət Məcəlləsinə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə ,internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.

//Femida