İntihar yoxsa qətl - Abşeronda müəmmalı ölüm - VİDEO
    • 27-08-2018, 12:35
    • 1 796

İntihar yoxsa qətl - Abşeronda müəmmalı ölüm - VİDEO

Abşeronun Mehdiabad qəsəbəsində müəmmalı intihar hadisəsi baş verib.

Bekə ki, intihar etdiyi deyilən Zinyət Həsənova adlı qadının yaxınları onun amansızlıqla qətlə yetirildiyini iddia edib.

İntihar edən şəxsin bacısı Z.Həsənovanın öldürüldüyünü daha sonra isə cəsədinin sürüdülərək binanın qarşısına qoyulduğunu bildirib. O, həmçinin bacısının həmin binada təmizlik işləri gördüyünü də deyib.

Lakin müşahidə kameralarından əldə olunan görüntülərdə Z.Həsənovanın saat 8:51 binaya daxil olduğu, 9:56-da isə intihar hadisəsinin yaşandığı görülüb.

Teymur Məmmədov


//Space TV