Bakının mərkəzində qadınlara qarşı İYRƏNC HƏRƏKƏT
    • 7-11-2019, 11:13
    • 1 235

Bakının mərkəzində qadınlara qarşı İYRƏNC HƏRƏKƏT

Bakıda 2 qadına qarşı xuliqanlıq etmiş şəxs barəsində cinayət işi açılıb.

News24.az-
ın məlumatına görə, Nəsimi rayonu ərazisində Z.Xasıyeva və K.Hacıyevaya qarşı xuliqanlıq etmiş və ictimai yerdə onlara hücum edən Abbasov Elman Elmir oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci, yəni,  xuliqanlıq - bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə maddəsi ilə cinayət işi açılıb. O, saxlanılaraq məsuliyyətə cəlb edilib. Artıq Nəsimi Rayon Polis İdarəsində aparılan cinayət işinin ibtidai istintaqı başa çatıb və materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq. Hazırlıq iclası noyabrın 13-nə təyin edilib.