İlham Əliyev Argentinanın yeni Prezidentinə MƏKTUB GÖNDƏRDİ
    • 7-11-2019, 18:12
    • 696

İlham Əliyev Argentinanın yeni Prezidentinə MƏKTUB GÖNDƏRDİ

Prezident İlham Əliyev Argentinanın yeni seçilmiş Prezidenti Alberto Fernandesə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Argentina Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Argentina əlaqələrinin genişlənməsi, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Argentina xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".