"Bu şəhərdə" "Hamı19ilə" dedi
    • 8-11-2019, 00:26
    • 1 143

"Bu şəhərdə" "Hamı19ilə" dedi

"Bu şəhərdə" komandası növbəti dəfə sevənlərinin görüşünə gəlib.

News24.az xəbər verir ki, yaradıcı heyət bu dəfə 19 yaşlarını qeyd etmək üçün bir araya gəliblər. "Hamı19ilə" adlanan konsert proqramında bir-birindən maraqlı və rəngarəng səhnə əsərləri və parodiyalar nümayiş olunub. Bununla yanaşı, Əməkdar artistlər dünyasını dəyişmiş sənətkarlar haqda da, səhnəcik təqdim ediblər. Konsert izləyicilərin gur alqışları ilə sona çatıb.
Qeyd edək ki, "Bu Şəhərdə" komandasının 19 illik fəaliyyətinə həsr olunan konsertlər noyabrın 11-dək davam edəcək.

Sevda Bayramova
FOTO: Fərid Şabanov