Küsülü müğənnilər eyni səhnədə - FOTOLAR - VİDEO
    • 27-08-2018, 15:17
    • 1 111

Küsülü müğənnilər eyni səhnədə - FOTOLAR - VİDEO

Ötən gün Heydər Əliyev Mərkəzinin parkında yerli ulduzların iştirakı ilə böyük konsert proqramı təşkil olunub.

Gecədə küsülü sənətçilər eyni səhnəni bölüşüb.

Belə ki, illərdir küsülü olan, lakin ifaçılar tətfindən təsdiqlənməsə də barışdıqları deyilən xalq artisti Aygün Kazımova və əməkdar artist Röya Ayxan öz ifaları ilə sevənlərinin qarşısına çıxıblar.

Xalq artisti Faiq Ağayev isə düşmən olduğu iki xanım həmkarı xalq artisti Zülfiyyə Xanbabayeva və əməkdar artist Tünzalə Ağayeva ilə eyni səhnəni bölüşüb.

Konsertdə həmçinin əməkdar artistlər Ədalət Şükürov, Manana Caparidze, Miri Yusif müğənnilər Murad Arif, Rauf Əhmədov, reper ABD Malik çıxış edib.

Tədbirdən olan görüntüləri təqdim edirik:

Teymur Məmmədov
FOTO/VİDEO: Nurlan Gülməmmədov