Tanınmış ifaçı hər kəsi maraqlandıran suala cavab verdi:
    • 8-11-2019, 16:18
    • 982

Tanınmış ifaçı hər kəsi maraqlandıran suala cavab verdi: "QORXURAM Kİ..."

Müğənni Dilarə Kazımova sosial şəbəkədə aktivlik nümayış etdirir.

News24.az bildirir ki, ifaçının sonuncu paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanılıb. Müğənni ona ən çox verilən suala aydınlıq gətirib: "Mənə tez-tez sual verirlər ki, estetik əməliyyat keçirmisiz? Buna yeganə cavabım: Xeyr! Əməliyyatların hamısından qorxuram. Düşünürəm ki, cərrahi, estetik müdaxilə fəsada çevirilə bilər. Ona görə də özümə yaxşı baxıram. Bu gün dünənkindən daha yaxşı, baxımlı olmağa çalışıram. Özümü olduğum kimi sevirəm. Bütün xanımlara da demək istəyirəm ki, özünüzü sevin, . Gözəllliyinizə diqqət edin. İdeal olmaq öz əlimizdədir".

Bununla yanaşı, sənətçi nə zamansa əməliyyat haqda qərar verəcəyini də istisna etməyib: "Biz heç nədən sığortalı deyilik. İllər keçər, bəlkə mənim də estetik əməliyyata ehtiyacım olar. O zaman mən də bu addımı ataram".

Sevda Bayramova