Yıldız Tilbenin tək estetik əməliyyat etdirdiyi YERİ
    • 5-11-2018, 13:25
    • 1 194

Yıldız Tilbenin tək estetik əməliyyat etdirdiyi YERİ

Türk sənətçisi Yıldız Tilbe bədənində heç vaxt estetik əməliyyat etdirmədiyini açıqlayıb. 

News24.az Türkiyə mətbuatına istinadən bildirir ki, İstanbulda verdiyi son solo konserti zamanı tamaşaçılarla ünsiyyətə girən sənətçi əməliyyat barədə zarafatla bunları deyib: "Mənim tək estetik əməliyyat etdirdiyim yer qaşlarımı almağımdır. Ruhum da, yaşım da 52-dir. Estetik əməliyyat etdirib, 15 yaşındakı kimi görünsəm, guya nə olacaq. Mən estetik etdirsəm, hər kəs etdirəcək. Amma mən yenə özümü eyni hiss edəcəyəm. Bu səbəblə estetik etdirməyəcəyəm".

News24.az