"Şuşa", "Xan bağı", "Madonna", "Movida" və.... - Restoranlara SƏRT XƏBƏRDARLIQ - SİYAHI
    • 8-11-2019, 16:56
    • 2 957

"Şuşa", "Xan bağı", "Madonna", "Movida" və.... - Restoranlara SƏRT XƏBƏRDARLIQ - SİYAHI

Son bir həftə ərzində keçirilən monitorinq zamanı filtrlərini dəyişməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarı normadan artıq olan ictimai iaşə obyektlərinin adları açıqlanıb.

News24.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vüqar Kərimov bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, ən çox pozuntu halları Nizami rayonunda qeydə alınıb:"Çünki həmin ərazidə olan şadlıq saraylarının sayı çoxdur. Həmin ərazidə fəaliyyət göstərən "Cənnət", "Xan bağı", "Xan sarayı", "Madonna", "Milord", "Hissa", "Grace Hall", "Ayla" şadlıq sarayları, "Səhər mehi" və "Kometa" restoranlarında tullantıların miqdarı normadan artıq olub.

Binəqədi rayonunda "Sonalar sonası", "Qızıl tac", "Şahənşah", "Mələk", "Oğuz xan", "Al saray", "Amor", "Röya", Xətai rayonunda "Fəridə", "Elgün" , "Neapol", "Movida", "Mirana", "Leyla", "Şahzadə", Nərimanov rayonunda "Şuşa", "Su sonası" şadlıq sarayları, "Orman", "Xankəndi", "İsa bulağı" restoranları, Sumqayıt şəhərində "Qubadlı", "Dan ulduzu", "Şəhanə", "Tural", "Nurlan" və "Dədə Qorqud", Abşeronda "Qarabağ", "Ülvi", "Səmayə" və "Sultan", Gəncə şəhərində "Firuzə", "Tural" və "Şahzadə" şadlıq saraylarıdır.

V.Kərimov onu da bildirib ki, həmin şadlıq saraylarının sahiblərinə toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki manqalların fəaliyyətinin dayandırılacağı ilə bağlı xəbərdarlıq edilib: "Atmosferə tullantı atan restoranlardan cərimə olunan, onlar barəsində hüquq mühafizə orqanlarına müraciət edilənlər də var. Çox mühümdürdür ki, restoranlar təmizləyici qurğulara diqqətlərini artırsınlar".

ETSN rəsmisi bildirib ki, nazirlik şadlıq evləri və restoranların fəaliyyətinin dayandırılması məsələsini qaldıra bilər: "İstehsalat müəssiləri kimi iaşə obyektlərində də mühafizə zolağı olmalıdır. Hər hansı iaşə obyekti tikildikdə səs-küy normaları, iy-qoxu ilə bağlı mühafizə zolağı olmalıdır. Restoranların ölçüsündən, tutum sayından asılı olaraq bu mühafizə zolaqları müxtəlif ola bilər. Restoranlardakı səs-küylə bağlıda müraciətlər çoxdur. Buna görə də qanunvericilikdə təsbit olundu ki gecə saat 12-dən sonra insanların daha çox cəmləşdiyi yerdə səs-küy salan obyektlərin fəaliyyəti dayandırılsın. Bu da insanların rahatlığının təmin olunması ilə bağlıdır. Bizim məqsədimiz hər hansı tədbirin keçirilməsinə mane olmaq deyil. Biz neqativ halı aşkarlamalı, rəstorandan ətrafa tüstü buraxıldıqda, yəni manqallar yandırılan zaman tüstünün yolverilən həddə olub-olmadığını müəyyən edə bilirik. Həmin vaxt tüstünün həddi normadan çox olarsa biz onların fəaliyyətini dayandıra bilərik və dayandırmalıyıq.

Afaq Mirayiq