Argentina Azərbaycandan Xameneinin məsləhətçisinin HƏBS OLUNMASINI TƏLƏB EDİR
    • 12-11-2019, 11:13
    • 607

Argentina Azərbaycandan Xameneinin məsləhətçisinin HƏBS OLUNMASINI TƏLƏB EDİR

Argentina 1994-cü ildə Buenos Ayresdəki AMİA yəhudi mərkəzinin bombalanması ilə əlaqədar yüksək səviyyəli İran müşaviri - beynəlxalq məsələlər üzrə müşavir Ayətullah Əli Xamenei Əli Əkbər Vəlayatinin tutulması üçün Azərbaycana sorğu göndərib.

News24.az xəbər verir ki, bu barədə JTA məlumat yayıb. 

Noyabrın 14 və 15-də Azərbaycanın paytaxtı Bakıda dini dünya liderlərinin ikinci zirvə görüşündə iştirak etməlidir.

Qeyd edək ki, terror hadisəsi zamanı İranın xarici işlər naziri olmuş və bombardmanlarda iştirak edən Əli Əkbər Velayati, hazırda Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviridir.

Argentinanın mövcud qanunvericiliyinə uyğun olaraq təqsirləndirilən şəxs məhkəmədə özünü müdafiə edə bilməlidir.

Argentinanın xarici işlər naziri Azərbaycanın Buenos Ayresdəki səfirini çağıraraqı Velayatinin Bakıda olması ilə əlaqədar Argentina hökumətinin "dərin narahatlıq" keçirdiyini bildirib və Azərbaycandan ekstradisiya məsələsi üçün əməkdaşlıq etməsini istəyib.

İran tərəfi isə qeyd olunan hadisələrdə iştirakını rədd edir.