Azərbaycan və Serbiya arasında əməkdaşlıq məsələləri MÜZAKİRƏ OLUNDU
    • 12-11-2019, 12:19
    • 625

Azərbaycan və Serbiya arasında əməkdaşlıq məsələləri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında seminar keçirilib.

News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsinə və hazırlanmış testlərin qarşılıqlı sınaqdan keçirilməsinə dair seminarda test materiallarının moderasiya edilməsi, pilotlanması, qarşılıqlı istifadəsi, nəticələrin uzlaşdırılması mövzuları və xarici dil mərkəzləri ilə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.