Ərdoğanla Tramp görüşdü
    • 13-11-2019, 22:08
    • 885

Ərdoğanla Tramp görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da rəsmi səfərdədir.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Suriyanın şimal-şərqindəki “Sülh çeşməsi hərəkatı”ndan sonra ilk dəfə amerikalı həmkarı Donald Trampla görüşüb. Ağ Evdə rəsmi qarşılanma mərasimindən sonra liderlər təkbətək görüşəcəklər. Ərdoğanla Tramp daha sonra ortaq mətbuat konfransı keçirəcək.

Türkiyə prezidenti Merilənd əyalətində yerləşən Amerika Dəyanət Mərkəzinə gedərək Dil, Tarix və Mədəniyyət Təlimi proqramında türk vətəndaşlara, türk mənşəli amerikalılara və müsəlmanlara müraciət edəcək.