Əvvəl restoranda qadını döydü, sonra avtoxuliqanlıq etdi
    • 15-11-2019, 01:21
    • 1 059

Əvvəl restoranda qadını döydü, sonra avtoxuliqanlıq etdi

Qax rayonunda sərxoş şəxs qadına qarşı xuliqanlıq edib.

News24.az xəbər verir ki, hadisə rayonun mərkəzindəki "Qafqaz" restoranında baş verib.

Restoranda spirtli içki qəbul edən rayon sakini, 1990-cı il təvəllüdlü Qəşəm Yadulla oğlu Xəlilov spirtli içkinin təsirinə düşərək səs-küy salıb. Q.Xəlilov həmin vaxt restoranda olan rayon sakini Kəmalə Cəfərovaya hücum edərək onu döyüb. Hadisə yerinə gələn polislər Q.Xəlilovu nizam-intizama dəvət etsələr də, cəhdləri boşa çıxıb. Polis əməkdaşlarını da təhqir edən sərxoş şəxs restorandan çıxaraq küçədə avtoxuliqanlıq etməyə başlayıb.
Qax rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının səyi nəticəsində süni tıxac yaradılaraq Q.Xəlilov saxlanılıb.

Faktla bağlı Qax rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.