-
- 15-11-2019, 17:33
- 849
Aygün Kazımova ölüm ayağında olan məhbus qardaşına baş çəkdi - FOTOLAR
Xalq artisti Aygün Kazımova Ədliyyə Nazirliyinin müalicə müəssisəsində olub. Aygün Kazımova orada ağır durumda olan qardaşı Kazım Ələsgər oğlu Kazımzadəyə baş çəkib.
News24.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, bu haqda Kazım Kazımzadənin oğlu Ələsgər Kazımzadə məlumat verib.
“Atam 2018-ci ildən müalicə müəssisəsində saxlanılır. Onu ötən il müayinə etdilər. Məlum oldu ki, 3-cü dərəcəli xərçəngdir. O vaxtdan müalicə müəssisəsinə köçürüblər, orada saxlayırlar. Atam əməliyyat olunmalıdır. Müalicə müəssisəsində isə belə bir imkan yoxdur. Xəstəliyə qədər atamın 80 kiloqram çəkisi vardı, hazırda 40 kiloqrama qədər arıqlayıb, ağzından qan gəlir, artıq danışa da bilmir. Biz dəfələrlə müraciət etmişik ki, atamı azad etsinlər, onu əməliyyat etdirək. Məktublar yazmışıq. Amma baxan yoxdur. Məcbur qalıb saytlara da, qəzetlərə də müraciət etdik” deyə, Ə.Kazımzadə bildirdi.
Onun sözlərinə görə, bibisi Aygün Kazımova qardaşının ölüm ayağında olmasını mətbuatdan xəbər tutub:
“Bizim onunla əlaqəmiz yoxdur. İndi elə vəziyyətdir ki, hər yerə əl atırıq ki, atamı xilas edək. Mən rayondaydım, bu gün Bakıya gəlmişəm. Dedilər ki, bibim ora gedib, əsəbiləşib. Biz istəyirik ki, atamı azad etsinlər, müalicə edək. Orada müalicə üçün imkanlar yoxdur”.
Kazım Kazımzadə atasının ölkə rəhbərliyinə müraciətini də redaksiyamıza yollayıb.
Həmin müraciəti də təqdim edirik:
“2015-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmişəm. Orada saxlanıldığım müddətdə - 2018-ci ilədək daxili rejim qaydalarını pozmamışam. Müəssisə rəisi tərəfindən barəmdə heç bir tənbeh tədbiri görülməyib. Bel-kürək nahiyəmdə yaranmış ağrılar səbəbi ilə 23/06/2018-ci ildə müalicə müəssisəsinə göndərilmişəm. Müayinələrdən sonra MRT müayinəsinə göndərilmişəm. Müayinənin cavabı 3-cü dərəcəli bəd-xasiyyət xərçəng xəstəliyi olub.
Azərbaycan Respublikasının Qanunlarına (yəni 178.3-cü maddəyə) əsasən cəzaçəkmə müəssisəsinə daxil olduqdan sonra onkoloji xəstəliyə düçar olmuş məhkum, cəzanın bitməsinin vaxtından əvvəl azadlığa buraxılmalıdır.
Yəni Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən komissiyadan keçirilib azadlığa buraxılmalıdır.
Mən də bu komissiyalara təqdim edilmişəm. Şəxsən cənab general-mayor Rəfail Mehdiyev tərəfindən 2 dəfə komissiyada iştirak etmişəm. Ancaq heç bir nəticə əldə olmayıb. Səbəb isə belədir - rəis müavini İftixar Qurbanov mənə hələ yeriyə bildiyimi, “hələ ölmürsən, ölənə yaxın səni buraxacağıq” deyib.
Sizdən xahiş edirəm ki, mənim səhhətimin ağırlaşmasını və heç bir daxili rejim qaydalarını pozmadığımı nəzərə alaraq azad olunmağıma köməklik göstərəsiniz”.
Oğlu bildirib ki, atası Kazım Kazımzadə qeyd olunan müraciəti 01/11/2019-cu ildə yazıb.
“Artıq atam nitq qabiliyyətini belə itirməyə başlayıb. Xəstəliyi daha da şiddətlənib. Hazırda heç nə yemir, su belə içmir və danışması ağırlaşıb, pıçıltı ilə danışır”.
Məsələ ilə bağlı Xalq artisti Aygün Kazımovanı da aradıq. Müğənni sorğumuzu cavabsız buraxdı.
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən məhkum Kazım Kazımzadə ilə bağlı sorğumuzu cavablandırmadılar.