Baş məşqçi "Uels"lə qarşılaşma haqda:
    • 15-11-2019, 20:46
    • 739

Baş məşqçi "Uels"lə qarşılaşma haqda: "Ümidliyəm" - FOTOLAR

"Məni ümidli edən son 4 oyunun nəticəsidir".
News24.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç mətbuat konfransında deyib. ""Uels"lə oyunda bir xala yaxın olduq. Xorvatiyaya qarşı oyunda 1 xal qazana bildik. Bəhreynlə oyunda isə uşaqlar inanılmaz istidə qalib gəldi. Macarıstanla oyunda isə rəqib son dəqiqəyə qədər öndə oldu. Lakin, son 15-20 dəqiqə ərzində komandamız yaxşı oynadı".
Baş məşqçi Mahir Əmrəli haqda da danışıb: "Mahir oynadığı oyunlarda təkcə hücum yox, həm də müdafiəyə də kömək edir. Oyun zamanı enerjisini komandasından əsirgəmir".


Teymur Məmmədov
Foto: Fərid Şabanov