-
- 7-09-2019, 01:42
- 1 051
Millimizdən ardıcıl 4-cü məğlubiyyət - baş məşqçi nə cavab verdi?
Millimiz bu gün Avro-2020-nin seçmə mərhələsində növbəti oyununa çıxıb.
News24.az-ın məlumatına görə, yığmamız 5-ci turda səfərdə Uelslə qarşılaşıb. Kardiff şəhər stadionunda keçirilən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləlikə, Nikola Yurçeviçin komandası ardıcıl 4-cü oyunda da məğlub olub.
Millimizin yer aldığı E qrupunun digər oyununda Slovakiya Xorvatiyanlı qəbul edəcək. Görüş qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
"Rəqibi təbrik edirəm. İntensiv oyun oldu, əla atmosfer vardı. Hər iki komanda yaxşı hazırlaşmışdı. Oyunun dəst-xətti öz yerində idi".
Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində səfərdə Uels yığmasına 1:2 hesabı ilə uduzduqları oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.
"Futbolçularımla qürur duyuram. Bu gün düzgün oynadılar, vuruşdular. Bəxtimiz gətirmədi. Bir xal qazanmağa layiq idik. Həqiqətən də qəribə, bəxtsizlikdən buraxılan 2 qolla buradan məğlubiyyətlə gedirik. Amma komandanın çıxışından razıyam"-, deyə baş məşqçi əlavə edib.