Gəncədə bir gecədə iki qətl - Ər arvadını bıçaqlayıb öldürdü
    • 16-11-2019, 02:13
    • 975

Gəncədə bir gecədə iki qətl - Ər arvadını bıçaqlayıb öldürdü

Gəncə şəhərində daha bir qətl hadisəsi baş verib. 


News24.az xəbər verir ki, şəhərin Zülfü Hacıyev küçəsində ər arvadını öldürüb. 


1986-cı il təvəllüdlü Zaur Orucov şəxsi mübahisə zəmnində həyat yoldaşı 1995-ci il təvəllüdlü Nuranə Quliyevanı qətlə yetirib. 


O, arvadına bir neçə bıçaq zərbəsi vurub. Nəticədə qadın yerindəcə keçinib. 


Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanıb.