-
- 16-11-2019, 14:13
- 3 032
Rasim Balayevi heç zaman belə görmədiniz - FOTO - VİDEO
Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilib.
News24.az xəbər verir ki, bu münasibətlə noyabrın 15-də A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə "Nəsimi dünyası" adlı tədbir keçirilib.
Tədbir məktəb-liseyin VII-XI sinif şagirdlərinin iştirakı ilə təşkil edilib. Şairin həyat və yaradıcılığını əks etdirən səhnəciklər nümayiş etdirilib, seçilmiş qəzəlləri səsləndirilib.
Millət vəkilləri, aktyorlar və cəmiyyətin tanınmış simalarının iştirak etdikləri tədbirdə, həmçinin Nəsimi obrazını canlandıran Xalq artisti Rasim Balayev də qatılıb. Məktəblilərin səhnədəki çıxışını izləyən R.Balayev kövrəlib. Səhnəciklərdə Nəsimi rolunda çıxış edən 8-ci sinif şagirdi Rəşad Şiriyev xalq artistinin qarşısında diz çöküb.
Xalq artisti məktəblilərin çıxışını təqdir edib və “Nəsimi” filminin çəkilişəri haqda xatirələrini onlarla bölüşüb:"Səhnəcikləri göstərdikcə çəkilişləri xatırlayırdım. O vaxtlar rəhmətlik Heydər Əliyevin köməyi ilə film çəkildi. Yoxsa biz bu filmi bitirə bilməzdik. Prezidentimiz İlham Əliyev "Nəsimi ili" ilə bağlı qərar verdi. Bunun çox böyük əhəmiyyəti var. Məktəb vaxtlarımızda Nəsimini çox tanımırdıq. Bir qoca kişi şəkli çəkmişdilər".
Rasim Balayev "Nəsimi ili"ndən sonrakı illəri də dahi şairlərə həsr edilməsini istəyib: "İmkanım olsaydı cənab prezidentə müraciət edin deyərdim ki, hır il bir şairimizin ili olsun. "
Qeyd edək ki, layihənin rəhbəri məktəbin direktoru Səadət Veysovadır.