"Nəsimi" dekorasiya istifadə olunmayan yeganə filmdir
    • 22-11-2018, 14:24
    • 1 296

"Nəsimi" dekorasiya istifadə olunmayan yeganə filmdir

Xalq artisti Rasim Balayev "Nəsimi" filmi barədə maraqlı fakt açıqlayıb. 

Kinoda ilk böyük obrazının Nəsimi olduğunu deyən sənətkar sözügedən ekran işi bir özəlliyi ilə bütün tarixi filmlərimizdən fərqlənir :
"Bunu deməsəm ürəyim partlayar. "Nəsimi" yeganə tarixi filmdir ki, orada heç bir dekorasiyadan istifadə edilməyib. Çəkiliş aparılan bütün məkanlar tam təbiidir".
Qeyd edək ki, Həsən Seyidbəylinin quruluşçu rejissoru, İsa Hüseynovun ssenari müəllifi olduğu "Nəsimi" filmi 1973-cü ildə lentə alınıb.

//Olke.az