Türkiyədə əl-Bağdadinin 25 qohumu...
    • 16-11-2019, 15:53
    • 643

Türkiyədə əl-Bağdadinin 25 qohumu...

Türkiyə hakimiyyət orqanları İŞİD terror təşkilatının başçısı Əbubəkr Əl-Bağdadinin 25 qohumunu saxlayıb.

News24.az APA-ya istinadən xəbər verir ki, Türkiyə Cümhuriyyət Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, əl-Bağadinin qohumlarının tutulıması əməliyyatı ölkənin dörd əyalətində keçirilib.

Ümumilikdə 25 nəfər saxlanılıb. Onlardan 11-i Kırşehir, 5-i Samsun, 3-ü Ordu, 6-sı isə Şanlıurfada tutulub. Tutulanlardan 4-ü barəsində silahlı terror təşkilatında iştirakda ittiham elan olunaraq məhkəmə tərəfindən həbs qərarı verilib. Qalan 21 nəfər, o cümlədən 2 uşaq Türkiyədən deportasiya olunacaq.

Qeyd edək ki, İŞİD-in başçısı əl-Bağdadinin məhv edilməsi barədə ABŞ Prezidenti Donald Tramp bu ilin oktyabrında açıqlama yayıb.