-
- 18-11-2019, 18:02
- 795
Gürcüstanda gərginlik - XÜSUSİ TƏYİNATLILAR ETİRAZÇILARA QARŞI - YENİLƏNDİ 2
Gürcüstanda parlament binası qarşısındakı etirazçılara Xüsusi Təyinatlıların müdaxiləsi başlayıb.
News24.az "TASS"a istinadən qarşıdurmanın görüntelərini yayımlayır:
*** 16:43
Etirazçılar tərəfindən girişi əngəllənən parlamentin binasının yerləşdiyi Tbilisinin Çitadze küçəsi yaxınlığında xüsusi təyinatlılar səfərbər edilib.
News24.az "Rustavi-2"-yə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin xüsusi formadadır. Onlar dəyənəklər və qalxanlarla silahlanıblar.
*** 12:11
Bu gün səhər saatlarında Gürcüstan parlamentinin binası müxalifət nümayəndələri tərəfindən mühasirəyə alınıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, binanın qapıları bu ərəfədə zəncir və kilidlərlə bağlanıb. Parlament binasına aparan küçələr qum torbalarıı və tikinti zibilləri ilə örtülüb. 200-ə yaxın müxalifətçi bütün gecəni parlamentdə tonqalların qızdırdığı çadırlarda keçirib.
Yeni Gürcüstan müxalifət partiyasının lideri Georgi Vaşadze parlament üzvlərini hadisələrin baş verməməsi üçün işə getməməyə çağırıb. O, müxalifətin Konstitusiya çərçivəsindən kənara çıxmayan müəyyən fəaliyyət planının olduğunu da söyləyib.
Onun fikrincə, dünən gecə yaşanan hadisələrin dinc inkişafı ABŞ səfirliyi və AB nümayəndəliyinin açıqlamaları ilə təmin edilib.
Vaşadze müxalifət nümayəndələrinin etiraz hərəkətlərini izah edən diplomatik korpus nümayəndələrinə məktublar göndərdiklərini vurğulayıb.
ABŞ səfirliyi və Aİ Nümayəndəliyi əvvəllər respublika hakimiyyətini və müxalifəti dialoqa, qanuna və konstitusiyaya riayət etməyə çağırıb.