Gürcüstanda fövqəladə vəziyyətin müddəti UZADILDI
    • 15-04-2020, 01:34
    • 1 075

Gürcüstanda fövqəladə vəziyyətin müddəti UZADILDI

Gürcüstan hökuməti koronavirusun yayılmasına qarşı tətbiq olunan fövqəladə vəziyyətin müddətini uzatmaqla bağlı qərar qəbul edib.

News24.az
Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı ölkənin Baş naziri Georgi Qaxariya bu gün keçirdiyi brifinqdə açıqlama verib.

Bildirilir ki, fövqəladə vəziyyət mayın 10-dək uzadılacaq. Eyni zamanda, qaydalar sərtləşdiriləcək.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma faktı fevralın 26-da aşkar edilib.