Novruz Məmmədova  yeni vəzifə verildi - YENİLƏNDİ
    • 19-11-2019, 15:33
    • 1 203

Novruz Məmmədova yeni vəzifə verildi - YENİLƏNDİ

Novruz Məmmədov Azərbaycan Dillər Universitetinə prorektor təyin olunub.
Bunu təhsil eksperti Etibar Əliyev özünün Feysbuk səhifəsində yazıb.

***
10.48

Sabiq Baş nazir Novruz Məmmədovun Azərbaycan Dillər Universitetinə (ADU) bu gün prorektor təyin ediləcəyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu sözləri açıqlamasında ADU-nun mətbuat katibi Ağa Cəfərli deyib. O bildirib ki, bu barədə universitetdə hər hansı bir məlumat yoxdur.

Qeyd edək ki, bu gün mətbuatda sabiq Baş nazir Novruz Məmmədovun Azərbaycan Dillər Universitetinə (ADU) prorektor təyin edilməsi barədə məlumatlar yayılıb. /kult.az/