Keçmiş məhkumun evindən 25 kiloqram NARKOTİK ÇIXDI
    • 19-11-2019, 13:46
    • 423

Keçmiş məhkumun evindən 25 kiloqram NARKOTİK ÇIXDI

Polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Tovuz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Düz Qırıqlı kənd sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş A.Cəlilovun evinin zirzəmisindən 25 kiloqram 200 qram marixuana aşkar edilərək götürülüb.