SON DƏQİQƏ! Hərbi hissədə yanğın - ÖLƏN VƏ YARALANANLAR VAR
    • 19-11-2019, 14:55
    • 1 547

SON DƏQİQƏ! Hərbi hissədə yanğın - ÖLƏN VƏ YARALANANLAR VAR

Hərbi hissədə yanğın baş verib. 

News24.azxəbər verir ki, bu barədə Ukraynanın Quru Qoşunları Komandanlığının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, yanğın nəticəsində 1 zabit ölüb, biri isə ağır yanıq xəsarətləri alıb: “Bu gün, 19 noyabr 2019-cu il, səhər saat 5:00 radələrində Lvov vilayətinin Yavorivski rayonu, Starıçi kəndində yerləşən hərbi hissələrdən birində yanğın baş verib. Binanın yanması nəticəsində bir zabit ölüb, digəri yaralanıb. O, yanıq xəsarəti ilə Novoyavorovsk şəhər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yanğın lokallaşdırılı".

Hadisənin səbəbləri Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hüquq Mühafizə Xidməti və Ukrayna Milli Polisi nümayəndələri tərəfindən araşdırılır.