Sabirabadda yanğın - XƏSARƏT ALAN VAR
    • 19-11-2019, 16:30
    • 840

Sabirabadda yanğın - XƏSARƏT ALAN VAR

Sabirabad rayonunda yanğın hadisəsi baş verib.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 200 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 110 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.