Xanımı Elçin Əlibəylini "döyməsindən" DANIŞDI:
    • 19-11-2019, 16:41
    • 1 409

Xanımı Elçin Əlibəylini "döyməsindən" DANIŞDI: "CİDDİ ŞƏKİLDƏ..."

Tanınmış aparıcı Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyüldüyü iddia edilib.

Məşhur teleaparıcının həyat yoldaşı Dilruba Vaqifzadə xəbərin yalan olduğunu deyib:
"Yalan məlumatdır. Kompaniyadı da qurublar, təbii ki, elə bir şey yoxdur. Boş-boş xəbərlərdir. Bu xəbəri yayanları məhkəməyə verəcəm. Ciddi şəkildə təxribat gedir. Bu qədər qara piar olmaz".

Xatırladaq ki, bu barədə xəbəri Oxu.az yayıb. İddia olunub ki, xəbər onlara hüquq-mühafizə orqanlarından məlumat verilib.
Qeyd olunub ki, E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.
Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb./publika.az/