-
- 20-11-2019, 15:24
- 931
"Dəyişmək vaxtıdır" - "RABİTƏBANK" - FOTOLAR
"Rabitəbank" Rəqəmsal bankçılığa yeni nəfəs gətirir!
News24.az xəbər verir ki, ötən gün paytaxtda "Rabitəbank"ın yeni loqosunun, şüarının, kredit kartının təqdimatı gerçəkləşib. "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri Elçin Qədimovun sözlərinə görə, yaradılan yeni məhsullar məhz rahatlığı ilə seçilir. Bildirilib ki, Rahat bankçılıq şüarı altında yenilənən Rabitəbank, müştərilərinə rəqəmsal platformalar üzərindən rahat xidmətlərini təqdim edir. Yeni loqo və ümumiyyətlə bankın stilindəki mavi rəng yaşıl rənglə əvəzlənib. Bununla bağlı bank bir neçə müddət yaşıl çalarlardan istifadə ediləcəyi ilə bağlı işarələr verilmişdi. Loqonun fiqurları isə Rabitəbank adında "R" və "B" hərflərinin birləşməsini xatırlatmaqla yanaşı, həm də müasir rabitə vasitəsi olan danışırıq pəncərəsini xatırladır. Bankın şüarı isə "Rahat bankçılıq"dır.
"Kartmane" kredit kartına isə hazırda Azərbaycan kredit kart bazarı üçün görülməyən üstünlüklər verilib. İlk yenilik kartın 100 gün güzəşt müddətinə malik olmasıdır. Yəni siz kartdakı vəsaitdən 100 gün ərzində faizsiz istifadə imkanı əldə edə bilərsiniz. Məlumat üçün bildirək ki, digər bankların təklif etdikləri kartlarda ortalama güzəşt müddəti 30-40 günü əhatə edir.
Digər maraqlı üstünlüklərdən biri isə bu kart vasitəsi ilə istənilən yanacaqdoldurma məntəqəsində ödəniş zaman 10% cashback olmasıdır. İstənilən kafe və restorandə ödəniş zamanı isə cashback 5% həcmində müəyyən edilib.
Kartın digər maraqlı üstünlüklərindən biri isə kart qalığına 6% gəlirin hesablanmasıdır. Yəni siz kartda nə qədər vəsait saxlasanız, illik 6% olmaqla ona faiz hesablanacaq ,başqa sözlə kartınız depozit funksiyasını yerinə yetirəcək.
"Kartmane"-nin digər özəlliklərindən biri isə konvertasiya əməliyyatlarından bank komisyon haqqı sıfır həcmində müəyyən edilmişdir.
Kartın satış qiyməti haqqında məlumat yoxdur. Əgər kartın qiyməti münasib olarsa, bu kart həqiqətəndə Azərbaycan bank bazarında ən funksional və geniş istifadə edilən kartlardan birinə çevrilmək imkanına malikdir. "RabitəBank" kartın satışını 1 dekabr tarixindən start verməyə planlaşdırır.
Təqdim olunan RabitəBot rəqəmsal xidməti ilə müştərilər pul göndərə bilər, pul istəyə bilər hesabı bölə bilər, kredit və yaxud kart sifariş edə bilər, kommunal və mobil ödənişlərlə yanaşı, cərimələrini ödəyə bilər. Həmçinin, müştəri dostu ilə danışıq pəncərəsindən ayrılmadan, heç bir kart nömrəsi daxil etmədən, sadəcə @RabitabankBot yazıb, göndərmək istədiyi məbləği daxil edərək saniyələr ərzində qarşı tərəfə pul göndərə bilər. Bununla yanaşı, dünyada ilk dəfə məhz bu platforma üzərindən MasterCard konsyerj imkanı da, Rabitəbank müştərilərinə təqdim edilir.
Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-I, Rabitəbank mobil əlavəsi, İnternet Bankinq və RabitəBot adlı çatbotu müştərilərin xidmətindədir.
Sevda Bayramova
FOTO: Fərid Şabanov