Məşhur supermarketdən Sumqayıt sakinlərinə xüsusi jest
    • 20-11-2019, 17:08
    • 1 437

Məşhur supermarketdən Sumqayıt sakinlərinə xüsusi jest

Sumqayıt şəhərinin 70 illik yubileyi münasibətilə 21 – 28 noyabr tarixlərində Sumqayıt şəhərində fəaliyyət göstərən Araz marketlərdə 70 adda məhsula xüsusi endirim və hədiyyə kampaniyası keçiriləcək.

News24.az xəbər verir ki, kampaniya çərçivəsində ət və ət məhsulları, təzə toyuq, yağ çeşidləri, çay, qənd, düyü, içki çeşidləri, giyiyena və təmizlik vasitələrinin bir-çox çeşidləri xüsusi qiymətlərlə, həmçinin hədiyyəli təklif olunacaq. Qeyd edək ki, Sumqayıt şəhərində “Araz” supermarketlər şəbəkəsinin dörd filialı fəaliyyət göstərir.

Bundan başqa 9-cu mikrorayon, Üzeyir Hacıbəyov küçəsində yerləşən (“Şərq” bazarının yaxınlığı) Araz superstor filialında müştərilər üçün Sumqayıt şəhər Mədəniyyət evinin nümayəndələrinin iştirakı ilə 22 noyabr tarixində xüsusi konsert və əyləncəli proqram təşkil olunacaq.

Sumqayıt sakinlərini Araz marketlərə dəvət edirik.